(Qürbət m) İçərişəhər metrosu yaxınlığında 5 otaqlı ofis icarəyə verilir
Əsas məlumatlar:
Yerləşmə: Səbail rayonu, İçərişəhər metrosu və "Tarqovu" (Nizami küçəsi) yaxınlığı.
Mərtəbə: 16 mərtəbəli yeni tikili binanın 2-ci mərtəbəsi.
Sahə: 280 m²
Otaq sayı: 5 otaq
Təsvir:
Bakı şəhərinin ən prestijli ərazilərindən birində, İçərişəhər metrosuna yaxın məsafədə geniş və işıqlı ofis icarəyə verilir. Ofis infrastruktur baxımından çox əlverişli yerdə yerləşir. Binanın mühafizəsi, geniş foyesi və sürətli liftləri mövcuddur.
Ofisdə geniş iş otaqları, mətbəx, sanitar qovşaqlar və qəbul otağı (reception) üçün nəzərdə tutulmuş sahə var. Otaqlar geniş və hündür tavanlıdır. İstilik sistemi və havalandırma mövcuddur. Şəkillərdən göründüyü kimi, əsas iş otaqları ofis mebelləri ilə təmin olunub.
Qiymət və şərtlər:
Aylıq icarə haqqı: 2500 AZN
Xidmət haqqı: Ofis haqqı (vasitəçi komissiyası) 30% təşkil edir.