Nərimanov rayonu, Gənclik metrosu yaxınlığında, 1 saylı ASAN Xidmətin, Tibb Universitetinin və Ege Hospitalın yaxınlığında, A-Medical klinikasının üstündə yerləşən mənzil kirayə verilir.
12 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən mənzil 4 otaqdan ibarətdir. Ümumi sahəsi 160 kv.m-dir. Mənzil tam təmirli və əşyalıdır. Geniş və işıqlı otaqları, rahat planlaşdırması ilə ailəvi yaşayış üçün ideal seçimdir. Mənzildə 2 sanitar qovşaq mövcuddur. İstilik sistemi kombidir, əlavə olaraq Ariston su qızdırıcısı da quraşdırılıb.
Bina şəhərin əlverişli və inkişaf etmiş ərazisində yerləşir. Ətrafda universitetlər, xəstəxanalar, marketlər, apteklər, ictimai nəqliyyat dayanacaqları və digər gündəlik tələbat obyektləri mövcuddur. Gənclik metrosuna yaxın məsafədə yerləşməsi şəhərin digər istiqamətlərinə rahat gediş-gəliş imkanı yaradır.
Komendant pulu kirayə haqqına daxildir.
Qiymət: 1200 AZN / ay