Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Çem Marketin yanında, 3 otaqlı, hovuzlu, navesli şəxsi evimi bütün əşyaları ilə bir yerdə satıram. Ev 4 fəsil yaşamaq üçün idealdır, hal hazırda da burada yaşayırıq. 7 metrlik filterli hovuzu yay və qış üçün yararlıdır. Hovuzun ayrıca Kombi qızdırıcısı var. Qəşəng qazonu, dekorativ ağacları, üzümü, qızılgülləri var. İndi qışdır deyənə biraz solğunluq var. Amma payız, yaz və yayda həyət çox gözəl görünür. Kənardan heç yerdən həyət görünmür, ailə ilə rahat istirahət etmək üçün idealdır. Navesində manqalnısı, yay mətbəxi, taxta stol stulu və Juskdan alınmış divan kreslosu var. Həyətdə sanuzel də var. Evin altı 2 metr hündürlüyündə zirzəmidir. Bütün artıq əşyaları yığmaq üçün idealdır. Ərazi olaraq da çox sakit yerdir. Səsküydən, maşın səsindən uzaqdır. Təmiz havası və sakitçiliyi nəyə desən dəyər. Adamın ürəyi açılır.
Həyət və ev daxil bütün əşyaları ilə birlikdə satıram. 2 kondisioner, 2 kombi, 2 televizor, 2 soyuducu, qonaq otağı dəsti, yataq otağı dəsti,uşaq otağı, mətbəx mebeli, qabyuyan, paltaryuyan, bir sözlə hər şey var və hər şey qalacaq.
Davamlı post patrul var deyə, oğurluqdan, narahatlıqdan söz belə gedə bilməz. Torpaq sahəsi 4 sotdur. Sənədlə 3,42. Yeri də əladır, çünki Mərdəkanın içinə girib, tıxacları görmürsən. Qala yolu ilə də gəlmək olur, rahatdır yolu. Ərazidə torpağın sotu minimum 25 min manatdır. Yayda belə evlərin gündəlik kirayəsi 200-300 manat olur.
Makler deyiləm, öz evimdir. Ancaq nağd satıram, kreditə, ipotekaya falan girişmirəm. Sənəd paket kupçadır.
Maklerlər narahat etməsin. Elanı başqa yerdə paylaşmamışam. Müştəriniz varsa 1% xidmət haqqı ilə, buyurun gəlin.