Badamdarda 3-cü massivdə, 31 nömrəli avtobusunun sonuncu dayacanığının tam yanında, dəniz mənzərəli, torpağa və mülkiyyətə çıxarışı olan 4 mərtəbəli, həyətli, saunalı, hovuzlu 520 kvadret metr ölçüsü olan villa satılır. İşıq, su və qaz sayağacı quraşdırılıb, tam işlək vəziyyətdədir.
1- Ev və təməli tava beton üzərində inşa olunub. Birinci və ikinci mərtəbələrinin hündürlüyü 3.40 metrdir. Birinci mərtəbədə 60 kvadrat metr ölçüsündə böyük və işıqlı zal, 40 kvadrat metr tam təchizatlı mətbəx, hamam-tualet və böyük qarderob var. Bütün mərtəbələrdə metlax olan yerlərdə isti pol və əlavə olaraq bütün evə kondisoner sistemi də quraşdırılıb. Pilləkanlar italyan mərməri ilə təmir edilib.
2- İkinci mərtəbədə 3 yataq otağı var, ikisinin içərisində hamam-tualet sanuzel və bir ümumi hamam-tualet var. İki yataq otağı dəniz mənzərəlidir.
3- Dördüncü mərtəbədə (mansartda) 2 yataq otağı və istəyə görə istirahət otağı kimi istifadə oluna bilər. Billiard və tenis masası qoyula bilər, bar sistemi təchiz edilə bilər.
4- Ən aşağı mərtəbənin (-1-ci mərtəbə) hündürlüyü 3 metrdir. İçərisində geniş sauna, hamam-tualet və 60 kvadrat metr ölçüsündə zal var. Oradan həyətə çıxış var. Həyətə çıxış eyni zamanda villanın sol tərəfindən də var. Yəni həm evin içindən həm də sağ tərəfindən keçid (2 metr enində) var.
5- Həyətdə 8x4 ölçüsündə, 1,5 metr hündürlüyündə hovuz, 16 kvadrat metr ölçüsündə şüşəbəndli mətbəx, hamam-tualet var. Hovuzun üstü 3 metr hündürlüyündə müasir taxta örtüyü ilə qapadılıb. Həyətdə şam ağacları əkilib.
4 sot torpaqdan tikilən, 520 kvadrat metr sahəsi və həyəti olan, həm torpağa həm də evə çıxarışı olan, şəhərə 15 dəqiqə məsafədə yerləşən bu villanın qiyməti şəhərin müxtəlif yerlərində (Yeni Yasamalda, Nərimanov və s) kvadratmetri 3500 azn olan mənzillərdən ən azı 2 dəfə münasib, keyfiyyətli, şəxsi və ən önəmlisi çox uyutnudur (komfortludur).
Özüm satıram, xahiş edirəm ciddi marağı olan şəxslər əlaqə saxlasın, eyni zamanda vasitəçilər burada olan məlumata da görə narahat etməsin, əgər konkret müştəriləri varsa əlaqə saxlasın.