Kupçalı və ipotekaya yararlı 3 otaqlı mənzil satılır
Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən, rahat planlaşdırılmış 3 otaqlı mənzil satışa çıxarılıb.
3 otaq
80 kv.m
Mərtəbə: 2/14
Sənəd: Çıxarış (kupça) İpotekaya yararlıdır
Mənzil keyfiyyətli materiallardan istifadə olunmaqla təmir edilib. Otaqlar işıqlı və funksionaldır, rahat yaşayış üçün bütün şərait mövcuddur. Kommunal xətlər — qaz, su və işıq daimidir. Binada mərtəbəyə qədər qalxan lift mövcuddur.
Metro stansiyasına cəmi 5 dəqiqəlik məsafə
Binanın yanında özəl və dövlət uşaq bağçaları
248 nömrəli məktəbin yaxınlığı
88, 6, 202 və digər marşrut avtobus dayanacaqları birbaşa binanın yanındadır
Bravo, Araz və 24 saat fəaliyyət göstərən marketlər piyada məsafəsindədir
Ətrafda bütün zəruri iaşə və xidmət obyektləri mövcuddur
xidmət haqqı alıcı tərəfindən 1% təşkil edir.
Ətraflı məlumat almaq və mənzilə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.